Gəlin təbiəti qoruyaq.

Plastiklərdən qurtulaq

Bizim missiyamız

AzEkol olaraq, biz Azərbaycanda plastik çirklənməyə ciddi töhfə verməyə çalışırıq. Məqsədimiz dünyamızı gələcək nəsillər üçün daha təmiz və təhlükəsiz etməkdir.

  • Problem haqqında

    Biz təkrar emal olunmuş plastik lopa alan tərəfdaşlarla və plastik tullantıların təchizatçıları ilə işləyirik. Bizim əsas vəzifələrimiz biri plastik tullantıların toplanması və utilizasiyasında ictimai yardımı artırmaqdır. Plastik çirklənmə probleminə diqqəti cəlb etməyə yönəlmiş tədbirlər keçirir, könüllü hərəkatlar təşkil edirik.

  • Daha çox təkrar emal

    İstehsal gücümüz bizə böyük həcmdə plastik emal etməyə imkan verir, lakin bu gücü tam istifadə etmək üçün bizim daha çox xammala ehtiyacımız var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə və Ekologiya Nazirliyi kimi dövlət qurumları ilə sıx əməkdaşlıq sayəsində  biz milli yaşıl sənayenin inkişafı üzərində fəal işləyirik.

  • Yeniliklər

    AzEkol təkrar emal həcmini artırmağı, xarici alıcıları cəlb etməyi və plastik şüşənin toplanması üçün avtomatların quraşdırılması kimi innovativ proqramları təşviq etməyi planlaşdırır. Biz inanırıq ki, tərəfdaşlarımızla və ictimaiyyətlə birlikdə Azərbaycanı daha təmiz və daha yaşıl edə bilərik.

KÖNÜLLÜ OLUN

Ekologiya sahəsində qəhrəman ol AzEkol könüllülər komandasına qoşul və ətraf mühitin plastik tullantılardan təmizlənməsinə kömək et!

  • Təchizatçıların diqqətinə

    Sizi plastik tullantıların yığılması və təchizatı üzrə bizim tərəfdaşımız olmağa dəvət edirik.

    Daha ətraflı
  • Alıcıların diqqətinə

    Məhsulumuz ən yüksək keyfiyyət və ekoloji standartlara cavab verir, bu da onu biznesiniz üçün ideal seçim edir.

    Daha ətraflı

İstifadə təyinatı

Xammalımız aşağıdakıların hazırlanması üçün istifadə edilə bilər

  • Tekstil və geyim
  • Qablaşdırma materialları
  • Tikinti materialları
  • Avtomobil hissələri
  • Uşaqlar üçün oyuncaqlar və məhsullar
  • Elektron komponentlər
  • Mebel
  • İdman və istirahət üçün mallar
  • Bağ və ev əşyaları
  • Ofis və məişət ləvazimatları
XƏBƏRLƏR VƏ NAİLİYYƏTLƏR XƏBƏRLƏR
XƏBƏRLƏR