TƏCHİZATÇILARIN DİQQƏTİNƏ
Bizimlə əməkdaşlıq edin
AzEkol Sizi plastik tullantıların yığılması və tədarükü üzrə tərəfdaşımız olmağa dəvət edir. Biz böyük hasilat gücünə sahibik və emal edilmiş məhsullara yüksək tələbatımız var, lakin istehsal xətlərimizdən tam istifadə etmək üçün daha çox xammala ehtiyacımız mövcuddur. Bizə qoşulmaqla siz etibarlı tərəfdaş əldə edəcək və Azərbaycanın ətraf mühitinin qorunmasına mühüm töhfə verəcəksiniz.
Bu gün bizimlə əlaqə saxlayın
Və əməkdaşlıq imkanları haqqında daha çox məlumat əldə edin!
Xammalın spesifikasiyası
Kiplərdə daş, ağac, rezin, mənşəyi məlum olmayan plastik materialların olması QƏTİLİKLƏ qadağandır.
İstifadə olunmuş PET şüşələri
AzEkol zavodunda rəngsiz və rəngli PET şüşələri emal olunur. AzEkol PP/PE ağızlıqlarını və qapaqlarını satın alır və emal edir.
AzEkol ilkin xammalı emal edib yekun malı əldə etmək üçün, xammal təchizatçıları bir neçə qaydaya riayət etməlidirlər.
AzEkolun keyfiyyət şərtləri və təchiz olunan materialın faiz nisbəti
Üz qabıqlı şüşələr < 3 %
Kimyəvi maddələr üçün istifadə olunmuş şüşələr < 1 %
Alüminium qapaqlı şüşələr ≤ 0,5 %
Metal qablar < 0,5 %
Şüşələrin rənginə görə çeşidlənməsi
Şəffaf PET şüşə kiplərində şüşələrin 90%-i şəffaf və 10%-i rənglidir. İstifadə olunmuş PET şüşələri ağızlıq və etiketlərlə bir yerdə kiplərə yığılır.
Kiplərdə PVX və digər tullantılar olmamalidir, məsələn təhlükəli tullantılar (tibbi, toksik, kimyəvi maddələrin saxlanıldığı qutular, metal ağızlıqlı və halqalı PET şüşələr, örtülmüş PET şüşələri (yoqurt şüşələri).
Digər materiallar 5%-dən artıq olmamalıdır.
«AzEkol» hər bir gələn yükə nəzarət edir. Daimi müştərilərin 1 kipi seçilərək əllə yoxlanılır, yeni təchizatçılarım isə 2-3 kipi yoxlanılır. Kipin içindəkiləri çeşidlənir və faiz nisbəti müəyyən olunur:
- PET şüşələr, şəffaf %
- PET şüşələr, qarışıq (miks) %
- Örtülmüş PET şüşələri
- Plyonkalar %
- Alüminium qablar %
- Alüminium ağızlıqlı PET şüşələri %
- Məişət kimyəvi maddələrinin qutuları %
- Digər bilinməyən plastmaslar, rezinlər, daşlar və tullantılar неизвестные %
Əgər material daha öncə razılaşdırılmış şərtlərə uyğun deyilsə, müqavilə şərtləri gözdən keçiriləcəkdir.
Keyfiyyət tələblərinə cavab verməyən material nümunələri
Qum və kir
Kiplər kirli və ya qumlu olmamalıdır
YSPE şüşələri
Kiplərdə yüksək sıxlıqlı polietilen (YSPE) şüşələri olmamalıdır
Daşlar, taxta, rezin və sairə
Kiplərə daş, taxta, rezin və ya mənşəyi bilinməyən plastmassın yığılması qəti qadağandır.
Kağız, plyonka, tullantılar
Kiplərə kağız (şüşə etiketlərindən başqa), plyonka və tullantıların yığılması qəti qadağandır.
-
Qum və kir
Kiplər çirkli və qumlu olmamalıdır.
-
PEVP butulkalar
Kiplərdə yüksək sıxlıqlı polietilen (PEVP) butulkalar olmamalıdır.
-
Daşlar, ağac, rezin və s.
Kiplərdə daş, ağac, rezin, mənşəyi məlum olmayan plastik materialların olması QƏTİLİKLƏ qadağandır.
-
Kağız, plyonka, tullantı
Kağız (butulka etiketlərindən başqa), plyonka və tullantıların olması QƏTİLİKLƏ qadağandır.